Fransada qar uçqunu: Ölən və yaralılar var

  17 Yanvar 2021    Oxunub : 1147
Fransada qar uçqunu:  Ölən və yaralılar var
Fransanın şərqində qar uçqunu nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə Savoy departamentinin prefekturasından bildirilib.

Məlumata görə, yaralılar xilasedicilər tərəfindən uçqun altından çıxarılıb. Savoyun dağlıq ərazilərində uçqun riskinin yüksək olaraq qalması xəbərdarlığı edilib. Bu baxımdan səlahiyyətlilər xizəkçiləri ayıq olmağa və hava məlumatlarını izləməyə çağırıblar.

Fransanın 32 departamentində qar yağması səbəbindən hava təhlükəsinin sonuncu - narıncı səviyyəsi elan edilib. Sinoptiklərin verdiyi məlumata əsasən, bu gün Alp dağlarının Fransa hissəsində yerləşən bəzi kurortlarda qar örtüyünün hündürlüyü bir neçə on santimetrə çatıb.

Azvision.az

Teqlər: Fransa   qar