San-Fransiskoda atışma: Yaralılar var

San-Fransiskoda atışma:  Yaralılar var
  17 Yanvar 2021    Oxunub:1578
ABŞ-ın San-Fransisko şəhərinin mərkəzində atışma olub. Silahlı insident nəticəsində 5 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Hadisənin Eddie və Taylor küçələrinin kəsişməsində baş verdiyi bildirilir. Əraziyə xilasedicilər və həkim briqadaları cəlb olunub.

Polis odlu silah aşkar edərək götürüb, faktla bağlı araşdırma aparılır. Cinayətin motivləri məlum deyil.

Azvision.az


Teqlər: ABŞ   SanFransisko   atışma  





Xəbər lenti