Baydenin vədindən sonra miqrantlar ABŞ-a axın edir

Baydenin vədindən sonra miqrantlar ABŞ-a axın edir
  17 Yanvar 2021    Oxunub:2259
Hondurasdan ABŞ sərhədinə doğru hərəkət edən miqrant karvanı yeni seçilmiş prezident Cozef Baydenin rəhbərlik etdiyi administrasiyanı vədlərini yerinə yetirməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Mindən çox miqrant Trampın prezidentliyi dövründən fərqli olaraq, ABŞ-da xoş qarşılanmağa ümid etdiklərini bildirib.

Dekabr ayında Cozef Bayden ABŞ lideri Donald Tramp tərəfindən miqrantlara qoyulan məhdudiyyətləri ləğv edəcəyinə söz verib. O, "humanitar fəlakəti" aradan qaldırmaq üçün lazımi addımlar atacağını deyib.

Yeni prezident, həmçinin ABŞ-da sığınacaq axtaranlarla sürətli iş üçün fürsətlər yaratmaq və eyni zamanda koronavirus pandemiyası fonunda böhrandan çıxmaq niyyətində olduğunu qeyd edib.

Azvision.az


Teqlər: ABŞ   CoBayden  





Xəbər lenti