Konqres binası ətrafında silahlı şəxs tutuldu

Konqres binası ətrafında silahlı şəxs tutuldu
  17 Yanvar 2021    Oxunub:1740
ABŞ-da yeni seçilmiş prezident Cozef Baydenin andiçmə mərasimi ərəfəsində Konqresin binası ətrafında şübhəli şəxs saxlanılıb.
Azvision.az CNN-ə istinadən xəbər verir ki, saxta akkreditasiya kartı aşkar edilən şəxsin avtomobilindən tapança və 509 ədəd mərmi götürülüb.

Onun qanunsuz silah-sursat daşınması və digər bir neçə cinayətə görə tutulduğu bildirilib.

Yalnız akkreditə olunmuş şəxslərin və nəqliyyat vasitələrinin ətraflı axtarışlardan sonra girişinə icazə verilən paytaxtda, bir çox küçə və prospekt cümə axşamı gününə qədər bağlanacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   cinayətkar  





Xəbər lenti