“Koronavirus Çin laboratoriyasında yaranıb” - Pompeo

   “Koronavirus Çin laboratoriyasında yaranıb” -    Pompeo
  17 Yanvar 2021    Oxunub:1697
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Uhandakı laboratoriyadan yayılmasını dəqiq araşdırmalıdır.
Azvision.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Pompeo bildirib ki, bundan əvvəl Çin laboratoriyalarından dünyaya virus yayılıb: “ABŞ kəşfiyyatı Uhandakı laboratoriya işçilərinin 2019-cu ilin payızında COVID-19 simptomlarına bənzəyən virusa yoluxmalarına dair sübutlar əldə edib”.

Dövlət katibi, həmçinin deyib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynidir.

Azvision.az


Teqlər: ABŞ   Pompeo   Koronavirus  





Xəbər lenti