Vaşinqtona 10 minə yaxın hərbçi gətirildi

Vaşinqtona 10 minə yaxın hərbçi gətirildi
  17 Yanvar 2021    Oxunub:1435
ABŞ Milli Qvardiyasının 9500-dən çox hərbçisi paytaxt Vaşinqtona gətirilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, hərbçilər ölkənin yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə günü təhlükəsizliyi təmin edəcəklər.

Məlumata görə, ümumilikdə paytaxta 25 min hərbçinin cəlb olunacağı gözlənilir. 4 mindən çox hərbçi şəhərdəki dövlət binalarını və digər infrastrukturu mühafizə edəcək.

Kapitoliya binası əhatəyə alınıb. Artıq bir neçə gündür ki, vətəndaşların əraziyə giriş-çıxışına icazə verilmir.

Azvision.az


Teqlər: ABŞ   Hərbçi  





Xəbər lenti