Filippində hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Filippində hərbi helikopter qəzaya uğradı -   Ölənlər var
  17 Yanvar 2021    Oxunub:2113
Filippin Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bukidnon vilayətindəki Mindanao adasında baş verib. Qəza zamanı azı yeddi nəfər həlak olub.

Helikopterin göyərtəsində iki pilot, iki ekipaj üzvü və üç sərnişin olub. Həmin şəxslərin hamısı həyatını itirib. Qəzanın səbəbi məlum deyil, araşdırma aparılır.

Azvision.az


Teqlər: Helikopter   Qəza  





Xəbər lenti