Türkiyədə peyvənd olanların sayı 700 minə çatır

Türkiyədə peyvənd olanların sayı 700 minə çatır
  16 Yanvar 2021    Oxunub:1412
Türkiyədə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə “Sinovac” vaksini ilə peyvəndləmə sürətlə davam edir.
Azvision.az xəbər verir ki, yanvarın 16-na olan məlumata görə, 660 min vətəndaş peyvənd olunub. Ehtimal edilir ki, sabah peyvənd edilənlərin sayı 700 mini ötəcək.

Qeyd edək ki, Türkiyədə “Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Prezident Rəcəb Tayyib Ərdoğan isə yanvarın 14-də peyvənd olunub. Dövlət başçısı əhalini peyvəndə dəvət edib. Hələlik peyvəndləmədə ciddi əks təsir müşahidə olunmur.

Azvision.az


Teqlər: Türkiyə   Peyvənd  





Xəbər lenti