Almaniyada hakim partiyanın yeni lideri seçildi

Almaniyada hakim partiyanın yeni lideri seçildi
  16 Yanvar 2021    Oxunub:1757
Almaniya Xristian Demokrat İttifaqının (XDİ) bu gün keçirilən onlayn qurultayında Şimali Reyn-Vestfaliya federal əyalətinin baş naziri Armin Laşet partiyanın sədri seçilib.
Azvision.az xəbər verir ki, o, 521 səs alıb.

Xatırladaq ki, Angela Merkel 2018-ci ildə Xristian Demokratlar Partiyasının sədrliyindən istefa verib, ancaq kansler olaraq vəzifəsində qalıb. Onun yerinə Kramp-Karrenbauer seçilib. Məhz onun konservantları 2021-ci ildə keçiriləcək seçkilərə hazırlayacağı və ölkənin növbəti kansleri olacağına dair versiyalar səslənirdi.

Eyni zamanda Müdafiə naziri vəzifəsində çalışan Karrenbauerin rəhbərliyi altında partiya regional parlamentlərə keçirilən bir neçə seçkidə məğlub olub. Siyasətçiyə Almaniya vətəndaşları və partiya üzvləri arasında etimad göstərilməyib.

2020-ci ilin fevralında Kramp-Karrenbauerin kansler vəzifəsinə iddia etməyəcəyi məlum olub. Hazırda Laşetin ölkənin yeni kansleri olacağı ehtimal edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti