Yasamal sakinləri polisləri qovdu - FOTO

Yasamal sakinləri polisləri qovdu - FOTO
  15 Fevral 2014    Oxunub:1547
Yeni Yasamalda yeni göydələn tikintisinə etiraz edən sakinlər etiraz aksiyası keçiriblər.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Bakının Yeni Yasamal yaşayış massivinin sakinləri etiraz aksiyası keçirib. Aksiya qəsəbə sakinləri yaşadığı binaların yaxınlığının hasara alınaraq inşaat işləri aparılmasına etiraz əlaməti olaraq keçirilib. Sakinlərin sözlərinə görə, Yeni Yasamal 2 massivi gecə saatlarında hasara alınıb. Buna etiraz olaraq sakinlər Yasamal Rayon İcra Hakimiyyətinin binasına yürüş ediblər. İcra Hakimiyyətindən isə bildiriblər ki, ərazidə tikilən yeni binadan xəbərləri yoxdur və bununla bağlı müvafiq tədbirlər görüləcək.

Lakin İcra Hakimiyyəti ərazidə tikinti işlərinin qarşısını almayıb. Vəziyyətin nə yerdə olduğunu görən sakinlər tikinti işlərinin aparıldığı ərazidəki hasarları dağıdıb. İşçilərlə etirazçılar arasında dava düşüb. Daha sonra işçilər məsələ ilə bağlı polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları vəziyyətə müdaxilə etməyib və geri qayıdıblar.

Qeyd edək ki, ərazidə tikinti işləri hələlik dayandırılıb.

Qalereya




Teqlər:





Xəbər lenti