COVID-19 öldürməyə davam edir: Son sutkada 13 696 nəfər

  COVID-19 öldürməyə davam edir:    Son sutkada 13 696 nəfər
  09 Yanvar 2021    Oxunub:1602
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı son sutka ərzində 771 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı gündəlik hesabatda deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 771 527 nəfərdə koronavirus aşkarlanıb, 13 696 nəfər dünyasını dəyişib.

Dünyada virusa yoluxanların ümumi sayı 88 milyondan, ölənlərin isə 1,9 milyon nəfərdən çoxdur.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti