Britaniyada yoluxma və ölüm rekord həddə çatdı

Britaniyada yoluxma və ölüm rekord həddə çatdı
  09 Yanvar 2021    Oxunub:1229
Böyük Britaniyada son sutka ərzində 68 053 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 2 957 472 nəfərə çatıb. Ötən 24 saatda daha 1325 pasiyent dünyasını dəyişib.

Bununla da Britaniyada pandemiya qurbanlarının sayı 79 833-ə yüksəlib. Son sutkada qeydə alınan yoluxma və ölüm göstəricisi pandemiya dövründə rekord nəticədir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti