Rusiyada iki təyyarə toqquşdu - Ölənlər var

   Rusiyada iki təyyarə toqquşdu -   Ölənlər var
  09 Yanvar 2021    Oxunub:2523
Rusiyanın Leninqrad vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində üç nəfər həlak olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza təyyarə Lomonosov rayonundakı aerodromdan havaya qalxandan bir qədər sonra baş verib. Hadisə yerinə FHN-in helikopteri göndərilib.

İlkin məlumata görə, yerli vaxtla saat 13:38-də göyərtəsində yalnız pilotun olduğu Cessna-150 təyyarəsi havaya qalxıb. Bir dəqiqə sonra digər təyyarə işə düşüb. Onun göyərtəsində üç nəfər (pilot və iki sərnişin) olub. Saat 13:40-da hər iki təyyarə səmada toqquşub. Nəticədə 3 nəfər dünasını dəyişib. Ölənlərdən birinin qadın olduğu bildirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Azvision.az


Teqlər: Rusiya   Qəza  





Xəbər lenti