“ABŞ Azərbaycanın verdiyi töhfələri dəstəkləyir” - Səfirlik

“ABŞ Azərbaycanın verdiyi töhfələri dəstəkləyir” -  Səfirlik
  08 Yanvar 2021    Oxunub:2368
ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan qazının Avropaya çatması münasibətilə təbrik ünvanlayıb.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.

“Azərbaycan qazını birbaşa Avropaya çatdıran və eyni zamanda Azərbaycanın iqtisadi yüksəlişinə kömək edən tarixi Cənub Qaz Dəhlizinin başa çatması münasibətilə təbrik edirik.

ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri davamlı olaraq dəstəkləyir", - təbrikdə bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfirlik  





Xəbər lenti