İtkin düşən erməni hərbçilərin valideynləri oturaq aksiya keçirir

 İtkin düşən erməni hərbçilərin valideynləri oturaq aksiya keçirir
  08 Yanvar 2021    Oxunub:1914
Eçmiədzində hərbi hissənin qarşısına toplaşan itkin düşmüş hərbi qulluqçuların valideynləri oturaq aksiya keçirirlər.
Azvision.az xəbər verir ki, bu barədə “news.am” saytı məlumat yayıb.

İtkin düşmüş erməni hərbçilərdən birinin anası Anait Adoyan deyib ki, 81 gündür övladı barədə məlumat ala bilmir:

"Biz hər hansı məlumat almaq istəyirik. Heç bir deputat, məmur bizə cavab vermək istəmir. Onlar bizim burada olduğumuzu görmürlər?".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti