Londonda fövqəladə vəziyyət elan edildi

Londonda fövqəladə vəziyyət elan edildi
  08 Yanvar 2021    Oxunub:1832
London meri Sadiq Xan koronavirus pandemiyası ilə əlaqədar paytaxtda fövqəladə vəziyyət elan edib.
Azvision.az xəbər verir ki, bu barədə mer "Twitter”də yazıb.

“Bu gün Londonda fövqəladə vəziyyət elan etdim, çünki virus şəhərimizdə böhran vəziyyəti yaradıb. Artıq hər 30-cu paytaxt sakinində COVID-19 var. Əgər dərhal tədbir görməsək, səhiyyə xidmətimiz həddən artıq yüklənəcək və daha çox insan öləcək", - deyə Sadiq Xan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: London  





Xəbər lenti