Britaniyada "Moderna" peyvəndi qeydiyyatdan keçdi

Britaniyada "Moderna" peyvəndi qeydiyyatdan keçdi
  08 Yanvar 2021    Oxunub:2030
Böyük Britaniyada koronavirus infeksiyasına qarşı üçüncü peyvənd qeydə alınıb. Bu, Amerikanın "Moderna" şirkətinin preparatıdır.
Azvision.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Qeyd edilib ki, Britaniya əlavə olaraq bu peyvənddən 10 milyon doza sifariş edib, ümumi sifariş 17 milyona yüksəlib. Vaksinin bu ilin yazında dövriyyəyə buraxılması gözlənilir.

Bu günə qədər təxminən 1,5 milyon britaniyalıya azı bir doza koronavirus peyvəndi vurulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: peyvənd   Britaniya  





Xəbər lenti