“Tezliklə heç birimiz Qarabağa gedə bilməyəcəyik” - Erməni ictimai xadim

 “Tezliklə heç birimiz Qarabağa gedə bilməyəcəyik” -  Erməni ictimai xadim
  08 Yanvar 2021    Oxunub:3153
“Bu gün Vazgen Sarkisyan adına Hərbi institutun önündə baş verən insidenti hökumət təşkil etmişdi”.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın “Yaşıl Gələcək” Ətraf Mühit Təşəbbüsünün sədri Vahaqn Varaqyan deyib. O bildirib ki, bu cür gedişlərin nəticəsi ermənilər üçün pis olacaq:
“Tezliklə heç kim “Artsax”a (Qarabağ-red) gedə bilməyəcək. Hətta sadə vətəndaşlar belə ora gedə bilməyəcək. Bu xainlər Qarabağı satıblar.”

Xatırladaq ki, bu gün Ermənistanda əsgər valideynləri V. Sarkisyan adına Hərbi institutun binası yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar bir həftəlik məzuniyyətə gələn övladlarının Ermənistanda xidmət etmələrini, Qarabağa göndərilməmələrini tələb ediblər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Varaqyan   Etiraz  





Xəbər lenti