Aİ koronavirusla bağlı təcili sammit keçirəcək

 Aİ koronavirusla bağlı təcili sammit keçirəcək
  08 Yanvar 2021    Oxunub:1550
Avropa İttifaqının dövlət və hökumət başçıları yanvarın 21-də yeni koronavirus pandemiyasına qarşı mübarizə üçün videokonfrans formatında təcili sammit keçirəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası prezidentinin sözçüsü Barend Leyts “Twitter”də yazıb.

"21 yanvarda Aİ Şurası prezidenti (Şarl Mişel) üzv 27 ölkənin liderləri ilə koronavirusla bağlı videokonfrans keçirəcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada 88 milyondan çox insan koronavirusa yoluxub, təxminən 1,9 milyon nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: videokonfrans  





Xəbər lenti