“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” - Ərdoğan

 “ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” -  Ərdoğan
  08 Yanvar 2021    Oxunub:1648
“Demokratiyanın beşiyi" deyə xarakterizə edilən Amerikada baş verən hadisələr həqiqətən bütün insanlığı şoka saldı.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri ABŞ-da baş verənləri demokratiya üçün üz qarası adlandırıb:

“Hadisələrdə ölənlərin ailələrinə səbr diləyir, yaralananlara keçmiş olsun deyirik.
Ümid edirəm ki, 20 yanvar tarixində hazırkı Prezident Donald Tramp vəzifəsini sakit bir şəkildə təhvil verəcək”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RəcəbTayyibƏrdoğan  





Xəbər lenti