Avropa Komissiyası daha 300 milyon doza vaksin alacaq

Avropa Komissiyası daha 300 milyon doza vaksin alacaq
  08 Yanvar 2021    Oxunub:1822
Avropa Komissiyası "Pfizer/BioNTech" şirkəti ilə koronavirus vaksininin satın alınması ilə bağlı sazişini yeniləyib.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sazişə əsasən, Avropa İttifaqı şirkətin istehsalı olan daha 300 milyon vaksin satın alacaq.

AK rəhbəri xatırladıb ki, artıq 300 milyon Pfizer/ BioNTech peyvəndi əldə edilib, əlavə 300 milyon doza peyvənd alınacaq. Bununla da, Aİ ümumilikdə 600 milyon "Pfizer-BioNTech" vaksini əldə edəcək.

O, peyvəndin öz effektivliyini sübut etdiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AvropaKomissiyası  





Xəbər lenti