Armen Sarkisyan koronavirusu ağır keçirir

Armen Sarkisyan koronavirusu ağır keçirir
  08 Yanvar 2021    Oxunub:1670
Ermənistan prezidenti Armen Sarkisyan koronavirusu ağır keçirir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin ofisi məlumat yayıb.

"Koronavirusun yeni növünə yoluxmuş Armen Sarkisyan təcrid olunub, xəstəliyi ağır keçirir, bu vəziyyət üçün xarakterik simptomlar var. Prezidentin müalicəsi həkimlərin nəzarəti altında davam edir”, - açıqlamada deyilir.

Qeyd olunub ki, vəziyyəti sabitləşdikdən sonra həkimlərin icazəsi ilə Sarkisyan vəzifələrini yerinə yetirmək üçün İrəvana qayıdacaq.

Hazırda Londonda olan Sarkisyan yanvarın 5-də koronavirusun yeni növünə (Britaniya ştammı-red) yoluxub.

Pərvaanə Sultanova
Azvision.az


Teqlər: koronavirus   Sarkisyan  





Xəbər lenti