Səhiyyə naziri Merkelin yerinə keçə bilər

 Səhiyyə naziri Merkelin yerinə keçə bilər
  08 Yanvar 2021    Oxunub:1794
Almaniyanın Səhiyyə naziri, Xristian Demokrat İttifaqının (XDİ) üzvü Yens Şpan kansler vəzifəsinə namizədliyini irəli sürə bilər.
Azvision.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, son həftələrdə siyasətçi Xristian Demokrat İttifaqının nüfuzlu nümayəndələri ilə telefon danışıqlarında bu ssenarini bir neçə dəfə müzakirə edib.

XDİ sədrliyinə üç namizəd var: Şimali Reyn-Vestfaliya federal əyalətinin baş naziri Armin Laşet, parlament fraksiyasının keçmiş başçısı Fridrix Mers və parlamentin xarici siyasət komitəsinin sədri Norbert Röttqen.

Xatırladaq ki, 15-16 yanvar tarixlərində konservatlar qurultayında yeni lider seçiləcək.
Adətən partiya lideri kansler vəzifəsinə namizəd olur, lakin bu, məcburi deyil.

Şpan indi Laşetin seçki komandasının üzvüdür. Medianın yazdığına görə, onun reytinqinin yaz aylarında Laşetdən yüksək olacağı təqdirdə namizəd ola biləcəyi mümkündür.
Şpan özü hələlik bu məlumatı təsdiqləməyib.

İndi XDİ-yə Angela Merkelin yerinə gələn Anneqret Kramp-Karrenbauer rəhbərlik edir. Merkel kansler olaraq qalmağa davam edir, ancaq növbəti müddətə vəzifəsindən gedəcək. Bundestaqa növbəti seçkilər 2021-ci il sentyabrın 26-da keçiriləcək, ardından yeni hökumət qurulacaq.

Səhiyyə naziri Şpan pandemiya zamanı əhali arasında populyarlıq qazanıb. Onun namizədliyi mümkün hesab edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Kansler  





Xəbər lenti