Xamenei Britaniya və ABŞ-dan vaksin almağı qadağan etdi

Xamenei Britaniya və ABŞ-dan vaksin almağı qadağan etdi
  08 Yanvar 2021    Oxunub:1521
İranın Ali lideri Əli Xamenei Böyük Britaniya və ABŞ-dan koronavirus peyvəndlərinin alınmasını qadağan edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, televiziyada çıxışı zamanı bildirib.

"Britaniya və Amerika peyvəndlərinin idxalı qadağandır", - Ali lider deyib.

Tehran koronavirusa qarşı özünün ilk peyvəndini yazda əldə edəcəyini gözləyir. Yaz aylarına qədər daha iki və ya üç vaksinin hazırlanması planlaşdırılır.

İran Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur Tehranın digər ölkələri dərmanla təmin etməyə hazır olduğunu vurğulayıb. İlk peyvənd artıq könüllülərə tətbiq edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   ABŞ   Vaksin  





Xəbər lenti