“Türkiyə hər zaman haqlı olanın yanındadır” - Mustafa Şentop

 “Türkiyə hər zaman haqlı olanın yanındadır” -  Mustafa Şentop
  08 Yanvar 2021    Oxunub:1193
“30 ildir davam edən bir problem vardı və 30 ildir həll edilmirdi. Azərbaycan həm tarix, həm də hüquqi baxımdan haqlı davasını aparır. Türkiyə hər zaman haqlı olanın yanındadır”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, Ermənistan sadəcə Azərbaycan ilə problem yaşamır, bölgədəki bütün ölkələri təhlükəyə atan təcavüzkar mövqedədir:

“Rusiyanı münaqişəyə çəkməyə çalışdı, Naxçıvana etdiyi hücumlarla Türkiyəni də qarşıdurmaya sürükləməyə cəhd göstərdi”.

Şentop əlavə edib ki, Türkiyə Azərbaycanın istəyi və razılaşmalara əsasən, logistika imkanlarını Azərbaycana təqdim edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MustafaŞəntop  





Xəbər lenti