Rusiyada son vəziyyət - Bir gündə 454 nəfər öldü

 Rusiyada son vəziyyət  - Bir gündə 454 nəfər öldü
  08 Yanvar 2021    Oxunub:1242
Rusiyada son sutka ərzində koronavirusa 23 652 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 355 794 nəfərə çatıb.

Rusiyada bir gündə 454 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 60 911 nəfərdir. İndiyədək 2 731 129 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti