Ermənilər övladlarını Qarabağa göndərmək istəmir - VİDEO

 Ermənilər övladlarını Qarabağa göndərmək istəmir -  VİDEO
  08 Yanvar 2021    Oxunub:3689
Ermənistanda əsgər valideynləri V. Sarkisyan adına Hərbi institutun binası yaxınlığında etiraz aksiyası keçirirlər.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar bir həftəlik məzuniyyətə gələn övladlarının Ermənistanda xidmət etmələrini, Qarabağa göndərilməmələrini tələb edirlər.

“Bizə deyildi ki, Rusiya və Azərbaycan əsgərlərimizin Qarabağda xidmət etməsinə icazə vermir. Dedik ki, yaxşı, qoy uşaqlarımız Ermənistanda xidmət etsinlər. İndi də deyirlər - yox, yenidən Qarabağa getməlidirlər. Uşaqlardan heç biri bunu istəmir və biz buna imkan verməyəcəyik", - etirazçılardan biri olan əsgərin anası bildirib.



Başqa bir əsgərin atası oğlunun yayda xidmətə getdiyini, cəmi dörd ay sonra müharibənin bütün dəhşətlərindən keçdiyini söyləyib: Oğlum niyə yenidən bu yoldan keçməlidir?".

Digər valideyn isə “heç kim bizə övladlarımızın Qarabağa salamat çatacağına dair zəmanət vermir. Buna görə də heç yerə getməyəcəklər. Yolları bağlayacağıq və avtobusların keçməsinə icazə verməyəcəyik", - deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: etirazaksiyası  





Xəbər lenti