Paşinyan Naxçıvanla nəqliyyat əlaqəsindən danışdı

 Paşinyan Naxçıvanla nəqliyyat əlaqəsindən danışdı
  08 Yanvar 2021    Oxunub:1476
Baş nazir Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Qarabağa dair üçtərəfli bəyanatında erməni tərəfi üçün prioritet məqamları qeyd edib.
Azvision.az xəbər verir ki, Paşinyan “Facebook” səhifəsində etdiyi paylaşımda iki prioritet istiqamət açıqlayıb.

“Birincisi, İrəvan üçün ilk növbədə bəyanatın 8-ci bəndinin - əsirlərin, girovların mübadiləsi, habelə döyüş bölgəsində axtarış-xilasetmə əməliyyatlarının miqyasının genişləndirilməsi vacibdir.

İkinci istiqamət, bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasıdır. Bu, həm yük daşımalarının həyata keçirilməsi, həm də Azərbaycan ərazisindən Rusiya və İranla Ermənistan arasında nəqliyyat əlaqələrinin qurulması və Azərbaycanın Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəsi deməkdir", - deyə Paşinyan qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Emrənistan  





Xəbər lenti