“TAP-ın işə düşməsi yeni bir səhifə açdı” - Türkiyə XİN

 “TAP-ın işə düşməsi yeni bir səhifə açdı” -  Türkiyə XİN
  08 Yanvar 2021    Oxunub:1940
TAP-ın işə düşməsi ilə Türkiyənin Avropanın qalan hissəsinin enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfədə yeni bir səhifə açıldı.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Mazirliyinin “Twitter” səhifəsindəki paylaşımda deyilir.

“TAP-ın işə düşməsi ilə Azərbaycan qazı İtaliyaya çatdı. Cənub Qaz Dəhlizi istifadəyə verildi. Ölkəmizin Avropanın qalan hissəsinin enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfədə yeni bir səhifə açıldı", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İtaliya  





Xəbər lenti