Ermənistanda müqaviləli hərbçilər ordudan qovulur

 Ermənistanda müqaviləli hərbçilər ordudan qovulur
  08 Yanvar 2021    Oxunub:1756
Ermənistan ordusunda ixtisarlara başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Bildirilib ki, artıq bir çox müqaviləli hərbi qulluqçulara əmək müqavilələrinin ləğvi barədə bildirişlər göndərilir.

“Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bildiriş göndərib. Qeyd edilir ki, 8 yanvar tarixindən etibarən onların müqavilələri ya ləğv olunur, ya da yenilənməyəcək. Müdafiə Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, nəzərdə tutulan yeni müqavilələrin kiçik bir hissəsi Qarabağdan Ermənistana gələn hərbçilərlə imzalanacaq. Qalan müqavilələr sadəcə imzalanmayacaq. Bu, Ermənistan ordusunda hərbçilərin sayının azalacağını sübut edir”, -deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Hərbi-qulluqçu   Ermənistan-ordusu  





Xəbər lenti