“Tanrıya inam insanı virusdan qorumur” - Patriarx Kirill

   “Tanrıya inam insanı virusdan qorumur” -    Patriarx Kirill
  08 Yanvar 2021    Oxunub:2040
"Tanrıya inamın insanı virusdan qoruduğu barədə fikir yanlışdır, sağlamlığa laqeyd yanaşmaq günahdır"
Azvision.az xəbər verir ki, bunu Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill deyib.

O, inanclı insanlara müraciət edərək deyib: "Rəbbinizi sınağa çəkməyin. Bu, müqəddəs mətnlərdə qeyd olunur. Heç kim heç vaxt öz tanrısını sınağa çəkməməlidir. Deməməlidir ki, mən inanclı adamam, kilsəyə gedirəm, dinin tələblərinə əməl edirəm, buna görə də xəstələnməyəcəm", - bu sözləri Kirill "Rossia1" kanalına müsahibəsində söyləyib.

Patriarx qeyd edib ki sağlamlığa laqeyd yanaşmaq günahdır. "Məhz buna görə də dində intihar ən ağır günahlardan biri hesab olunur. Həyat və sağlamlıq Tanrının insana bəxş etdiyi ən böyük lütfdür. Bunun məsuliyyətini insan özü daşıyır. Odur ki, insan həyatına, sağlamlığına zərbə vuran bütün hərəkətlər qeyd-şərtsiz günah sayılır".

Azvision.az


Teqlər: Kirill   Patriart  





Xəbər lenti