“Məğlubiyyətdə onun gizli rolu olub” - Paşinyanın arvadına ittiham

   “Məğlubiyyətdə onun gizli rolu olub” -   Paşinyanın arvadına ittiham
  08 Yanvar 2021    Oxunub:2030
"Anna Akopyan həyat yoldaşı, Ermənistanın baş naziri Nikol Paşinyandan daha vacib və əhəmiyyətli amildir".
Azvision.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Vahid Ermənistan partiyasının sədri Artur Kazinyan deyib.

Onun sözlərinə görə, de-yure dövlət başçısı vəzifəsini tutan şəxs (Paşinyan - red) komanda məntəqəsində olan həyat yoldaşını oraya generallara mənəvi dəstək göstərmək üçün göndərdiyini bildirmişdi. Elə bu məqamın özü hüquqi qiymətləndirmə tələb edir, çünki onun həyat yoldaşı komanda məntəqəsində olmaq hüququna malik deyildi.

Partiya sədri hesab edir ki, Anna Akopyan bu faktla bağlı mütləq dindirilməlidir.

Bundan əlavə, Kazinyan "Qarabağ müharibəsində erməni tərəfinin məğlub edilməsində onun gizli rolu olub”, - deyə Paşinyanın xanımına qarşı ittiham irəli sürüb.

Azvision.az


Teqlər: Ermənistan   Akopyan  





Xəbər lenti