Bayden Trampın tərəfdarlarını “terrorçu” adlandırdı

 Bayden Trampın tərəfdarlarını “terrorçu” adlandırdı
  08 Yanvar 2021    Oxunub:1881
ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden hazırkı ölkə başçısı Donald Trampın Vaşinqtonda iğtişaşlara səbəb olduğu qənaətindədir.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Bayden bu barədə ötən gün paytaxtda baş vermiş iğtişaşlarla bağlı açıqlamasında deyib.

“Onları etiraz aksiyasının iştirakçıları adlandırmağa çalışmayın. Bu, iğtişaş, etiraz aksiyası deyil, xaos idi. Bu, üsyançı kütləsi, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi. Bu, prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsi idi”, - deyə Bayden vurğulayıb.

Qeyd edək ki, ötən gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın tərəfdarları Konqres binasına hücum ediblər. Aksiyalar zamanı polislə nümayişçilər arasında qarşıdurma baş verib, nəticədə 4 nəfər həlak olub, 70-ə yaxın nümayişçi saxlanılıb.

Azvision.az


Teqlər: ABŞ   Bayden  





Xəbər lenti