Kapitolidə 50-dən çox polis yaralanıb

Kapitolidə 50-dən çox polis yaralanıb
  08 Yanvar 2021    Oxunub:2209
Vaşinqtonda Kapitoli binası ətrafında baş vermiş iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı xəsarət alıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kapitoli polisinin rəhbəri Stiven Sand bildirib. Onun sözlərinə görə, asayiş keşikçilərindən bir neçəsi ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

“Kapitoli və paytaxt polisinin 50-dən çox əməkdaşı xəsarət alıb. Bir neçə Kapitoli polisi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib”, - deyə S.Sand vurğulayıb.

O, həmçinin qeyd edib ki, ötən gün Konqresdə iğtişaşlar zamanı qadını güllələyərək öldürən polis əməkdaşı istintaq müddətində işdən kənarlaşdırılıb.

Azvision.az



Teqlər: ABŞ   Polis  





Xəbər lenti