Britaniyada koronavirusdan ölənlərin sayı 78 mini ötdü

Britaniyada koronavirusdan ölənlərin sayı 78 mini ötdü
  08 Yanvar 2021    Oxunub:1855
Böyük Britaniyada son sutka ərzində 52 618 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 2 889 419 nəfərə çatıb. Ötən 24 saatda daha 1162 pasiyent dünyasını dəyişib.

Bununla da Britaniyada pandemiya qurbanlarının sayı 78 508-ə yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti