İlon Mask dünyanın ən varlı insanı oldu

 İlon Mask dünyanın ən varlı insanı oldu
  08 Yanvar 2021    Oxunub:2092
“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində Amazon korporasiyasının sahibi Ceff Bezosu qabaqlayıb.
Azvision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu gün avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması Teslanın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb.

Nəşrin məlumatına görə, Maskın varidatı 188,5 milyard dollar həcmində qiymətləndirilir. Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır. O, 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi.

Azvision.az


Teqlər: İlonMask  





Xəbər lenti