Ukrayna sərt karantin rejiminə keçdi

   Ukrayna sərt karantin rejiminə keçdi
  07 Yanvar 2021    Oxunub:1810
Ukraynada koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə yanvarın 8-dən sərt karantin rejimi elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, ölkə ərazisində yanvarın 25-dək ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Bundan əlavə, bar, restoran, kafe və əyləncə obyektlərinə müştərilərin girişi qadağan olunub. Yalnız ərzaq mağazaları, apteklər, yanacaq-doldurma məntəqələri, maliyyə obyektləri, yeməklərin daşınması xidmətlərinin fəaliyyətinə icazə veriləcək.

Azvision.az


Teqlər: Ukrayna   Karantin  





Xəbər lenti