“Paşinyanın təxribatları olmasaydı, müharibə baş verməzdi” - Erməni ekspert

  “Paşinyanın təxribatları olmasaydı, müharibə baş verməzdi” -    Erməni ekspert
  07 Yanvar 2021    Oxunub:2221
Baş nazir Nikol Paşinyanın təxribat xarakterli hərəkətləri olmasaydı, müharibə baş verməz və Ermənistan belə alçaldıcı vəziyyətə düşməzdi.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Siyasi İqtisadiyyat İnstitutunun rəhbəri Andronik Tevonyan bildirib.

O qeyd edib ki, N.Paşinyanın siyasəti Ermənistan dövlətçiliyinə böyük zərbə vurub: "Paşinyanın rəhbərlik etdiyi dövlətin müharibədə məğlub olması heç də təəccüblü deyil və gözlənilən idi. Əgər Ermənistana Paşinyan rəhbərlik etməsəydi, belə rüsvayçı məğlubiyyətə uğramazdıq. Nə qədər ki, ölkəyə Paşinyan rəhbərlik edir, biz daim məğlubiyyətə məhkum olacağıq".

A.Tevonyan xatırladıb ki, Nikoldan ötrü insanlar küçələrə çıxaraq günlərlə kütləvi aksiyalar keçirərək “yüksək həyat”, “Nikol baş nazir olsun” şuarlarını səsləndirirlər. Lakin Nikol hakimiyyətə gəldikdən sonra nəinki yaxşı heç nə olmadı, əksinə, Ermənistan dövlətçiliyi təhlükə altına düşdü.

"İndi Nikolu dəstəkləyən adamlardan soruşmaq lazımdır ki, haradadır həyat vədləri?",- deyə o bildirib.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti