Həkimlər koronavirusun yeni ştammına yoluxdu

Həkimlər koronavirusun yeni ştammına yoluxdu
  07 Yanvar 2021    Oxunub:1708
Latviyanın Oqre şəhərindəki xəstəxananın həkimləri və xəstələri koronavirusun yeni ştammına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Oqre xəstəxanasında həkimlər və xəstələr arasında daha çox yoluxucu olan COVID-19 virusunun yeni ştammı aşkar edilib”, - məlumatda deyilir.

Bundan əvvəl Latviyada koronavirusun yeni ştammı qeydə alınmayıb. Virusa yoluxmuş həkimlərin və xəstələrin sayı məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Ştamm  





Xəbər lenti