Bayden Baş prokuror vəzifəsinə namizəd irəli sürdü

Bayden Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
  07 Yanvar 2021    Oxunub:1360
ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden Baş prokuror vəzifəsinə Kolumbiya dairəsi Apellyasiya məhkəməsinin baş hakimi Merrik Qarlandın namizədliyini irəli sürüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yeni seçilmiş Prezidentin ofisindən bildirilib.

Qeyd edilib ki, Layza Monaco Baş prokurorun müavini vəzifəsinə namizəd göstərilib. Qarland daha əvvəl Barak Obama tərəfindən Ali Məhkəməyə namizəd göstərilmişdi, lakin respublikaçılar 2016-cı ildə Obamanın prezidentliyinin son ilində hətta onun namizədliyini nəzərdən keçirməkdən imtina etmişdilər.

ABŞ-ın Baş prokuroru Ədliyyə Nazirliyinə rəhbərlik edir və eyni zamanda FTB də daxil olmaqla bir sıra kəşfiyyat qurumlarını koordinasiya edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: namizəd  





Xəbər lenti