Rusiya XİN: ABŞ-ın seçki sistemi arxaikdir

  Rusiya XİN:  ABŞ-ın seçki sistemi arxaikdir
  07 Yanvar 2021    Oxunub:1646
Moskva Vaşinqtonda baş vermiş hadisələri ABŞ-ın daxili işi hesab edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib: “Bu, ABŞ-ın daxili işidir. Bununla belə, Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir demokratik standartlara cavab vermir, pozuntular üçün şərait yaradır. İndi ABŞ-da müşahidə olunanlar, cəmiyyətdəki parçalanmanın səbəbi böyük ölçüdə budur. Dost Amerika xalqına öz tarixlərinin bu dramatik mərhələsindən layiqincə çıxmağı diləyirik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vaşinqton   Rusiya  





Xəbər lenti