Koronavirusun yeni ştammı Avropanın 22 ölkəsində aşkarlandı

 Koronavirusun yeni ştammı Avropanın 22 ölkəsində aşkarlandı
  07 Yanvar 2021    Oxunub:1517
Koronavirusun yeni ştammı Avropanın 22 ölkəsində qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisinin rəhbəri Hans Klyuqe bildirib.

Onun sözlərinə görə, virusun yeni variantı surətlə yayılsa da, xəstəliyin daha ağır olduğunu demək olmaz.

ÜST rəsmisi yeni mutasiyanın bütün yaş qruplarında yayıldığını, uşaqların yüksək risk qrupuna daxil olmadığını deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: yeniştamm  





Xəbər lenti