`Maydan` Rusiyada təkrarlanacaq - Deputatın proqnozu
“Ukraynadakı hakim oliqarx rejim ölkəni elə səriştəsiz idarə edir ki, insanları zorla küçələrə çıxmağa sövq edir. Bəs bizim korrupsionerlər və savadsızlar Ukraynadakılardan çoxmu fərqlənir? Qorxuram ki, elə də çox yox. Və bu müxalifətin fikirləri deyil. Rusiya Müdafiə nazirliyindəki sərhədsiz oğurluqdan yalnız tənbəllər danışımr. Lakin cənab Serdyukovu məsuliyyətdən yayındırmağa çalışırlar. Belə çıxır ki, Rusiyadakı hakimiyyət sistemi özü dövlət büdcəsindən cəzasız oğurluq etməyə şərait yaradır”-deyə Tetekin çıxışnda bildirib.
“Biz getdikcə daha çox xammal ixrac edirik və əvəzində əvvəllər özümüzün istehsal edə bildiyimiz texnikanı daha çox xaricdən idxal edirik. Onsuz bizim maşınqayırma sənayemiz məhv olub, indi söhbət böyük rus/sovet aviasiya sənayesinin məhvindən gedir. Lakin ən dəhşətlisi odur ki, bizim elementar bazamız-müasir texnologiyaların əsasları yoxdur. Bu gün biz tam şəkildə xarici məhsullardan asılıyıq. Bu bizə nə vəd edir? Xarici qurğuların yerləşdirildiyi yerdən 1-2 metr aralanması ilə sıradan çıxmasına dair çoxsaylı nümunələr var.
Deputat bundan başqa, deputata ölkədə mövcud olan kadr problemlərindən danışıb.
“Nəsillər arasında 20 illik nəhəng uçurum yaranıb. 90-cı illərdə işləyən olsa da, sifariş və pul yox idi. İndi pul və sifariş var, amma işləyən yoxdur. Son illər ərzində ölkədə nəhəng “mühəndissizləşmə” prosesi gedib. Peşə məktəblərinin bağlanması nəticəsində bu gün ölkədə metaldan zinət əşyası yarada biləcək bir usta yoxdur. Bu dağıntı vakxanaliyasının hansı uzunmüddətli perspektivləri var. Rusiyada yüksək dəqiqlikli sənayenin dağılması fundamental elmə olan ehtiyacı məhv edəcək.
Biz fəlakətə doğru gedirik” Deputatın fikrincə, Rusiya hakimiyyəti inamlı addımlarla 1917-ci ildəki situasiyaya doğru gedir.
Vüqar İsmayılov