Əsəd ordusu 120 mücahidi öldürüb
Onların arasında xarici ölkə vətəndaşlarının da olduğu bildirilir. Ordunun xüsusi təyinatlı dəstələri Livanla sərhəddə yaxın yerləşən əsas strateji yüksəklikləri ələ keçirib və bundan başqa ƏL-Caracir və Əl-Səhəl yaşayış məntəqələrini müxalifətçilərdən azad edib.
Xatırladaq ki, Yabrud şəhərindən dağ cığırları ilə Livanın Erbil şəhərinə dəhliz mövcuddur. Bu dəhliz vasitəsilə Dəməşqə və Homsa silah və döyüşçülər yerləşdirilir. Livanla sərhəddəki dağlıq bölgə “Əl-Nüsrə Cəbhəsi” və “İslam Cəbhəsi” kimi qruplaşmaların əsas qərargah mərkəzi rolunu oynayır.
Ümumilikdə, burada müxalifətçilərin 10 minlik canlı qüvvəsinin yerləşdiyi güman olunur. Yaxın vaxtlarda Suriya ordusunun bölgəyə yeni irimiqyaslı hücum təşkil edəcəyi gözlənilir.
Vüqar İsmayılov
Teqlər: