Çörək sexlərinin “Azəriqaz”a 1,6 milyon manatdan çox borcu var

Çörək sexlərinin “Azəriqaz”a 1,6 milyon manatdan çox borcu var
  04 Yanvar 2021    Oxunub:2024
2020-ci ilin dekabr ayının birinə olan məlumata əsasən, çörək sexlərinin “Azəriqaz” İstehsalat Birliyinə yığılan borcu 1 milyon 655 min 253 manat təşkil edir.

Bu barədə Azvision.az -a qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.
O bildirib ki, ümumilikdə "Azəriqaz"a 952 çörək sexi borcludur: "Bunların az hissəsi, 190-ı Bakı şəhərinin payına düşür. Lakin həmin müəssisələrin ümumi borcu 1 milyon manata yaxındır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəriqaz   Borc  





Xəbər lenti