Virusun yeni ştammı daha bir ölkədə aşkarlandı

Virusun yeni ştammı daha bir ölkədə aşkarlandı
  03 Yanvar 2021    Oxunub:2067
Tailandda COVID-19 virusunun ilk dəfə Böyük Britaniyada yayılan ştammına rast gəlinib.
Azvision.az xəbər verir ki, bu barədə Thai PBS telekanalı məlumat yayıb.

Bildirilib ki, virusun yeni növü Britaniya vətəndaşları olan ailədə aşkarlanıb və onlar xəstəxanada nəzarət altına alınıblar.

Koronavirusun mutasiyaya uğramış versiyasi dekabrın ortalarında Böyük Britaniyada qeydə alınıb. Daha sonra bir sıra ölkələrdə təhlükəli virusa yoluxma halı müəyyən edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tailand   virus  





Xəbər lenti