Kömür mədəninin 11 işçisini qətlə yetirdilər

Kömür mədəninin 11 işçisini qətlə yetirdilər
  03 Yanvar 2021    Oxunub:1429
Pakistanın Bəlucistan əyalətində silahlı insident zamanı kömür mədəninin 11 işçisi ölüb, üçü isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Agentliyin yaydığı xəbərə görə, naməlum şəxslər şənbə günü axşam saatlarında mədən işçilərini qaçıraraq güllələyiblər. Nəticədə 11 nəfər həyatını itirib. Yaralılar xəstəxanaya yerləşdirilib, onların hazırkı durumu məlum deyil.

İstintaqın davam etdiyi qeyd olunub. İndiyədək hadisənin məsuliyyətini heç kim üzərinə götürməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Pakistan   atəş  





Xəbər lenti