Türkiyədə 5 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyədə 5 PKK terrorçusu zərərsizləşdirildi
  03 Yanvar 2021    Oxunub:1434
Türkiyə təhlükəsizlik qüvvələri Şırnak vilayətinin Qabar dağ bölgəsində 5 PKK terrorçusunu zərərsizləşdirib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu "Twitter" hesabında yazıb.

Nazir terrorçuların silah və sursatlarının da məhv edildiyini bildirib.

"2021-ci ildə qəhrəmanlarımız Qabar dağından ilk xəbəri verdilər. Mağarada 5 terrorçu silah-sursatları ilə birlikdə zərərsizləşdirildi. Allah övladlarımızı qorusun".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   PKK   terror  





Xəbər lenti