Ermənistanda virusa yoluxanların sayı 160 mini ötdü

Ermənistanda virusa yoluxanların sayı 160 mini ötdü
  03 Yanvar 2021    Oxunub:1381
Ermənistanda son sutka ərzində daha 229 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 160 027 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2850-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 688 nəfərdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Pandemiya  





Xəbər lenti