Koronavirusa yoluxan məşhur aparıcı xəstəxanaya yerləşdirildi

Koronavirusa yoluxan məşhur aparıcı xəstəxanaya yerləşdirildi
  03 Yanvar 2021    Oxunub:1342
Məşhur amerikalı teleaparıcı Larri Kinq koronavirus testi müsbət çıxdıqdan sonra xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

87 yaşlı Kinqin Los-Ancelesdəki bir tibb mərkəzində müalicə aldığı bildirilir.

"Son illərdə Larri bir çox sağlamlıq problemi ilə mübarizə aparıb və virusla da inadkar mövqedə olacaq",- deyə mənbə ABC-yə bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: LarriKinq   virus   ABŞ   aparıcı  





Xəbər lenti